YAMACIN DİKLİYİ

üfqi səthlə yamac səthi arasında bucaq /diklik/. Y.d. adətən dərəcə ilə ifadə olunur və onun təyin olunması üçün topoqrafik xəritələrdə horizontalların yerləşmə şkalasından istifadə olunur. крутизна склона steepness of slope
YAMACIN DABANI
YAMACIN GERİ ÇƏKİLMƏSİ
OBASTAN VİKİ
Yamacın dikliyi
Yamacın dikliyi (rus. крутизна склона, ing. steepness of slope) — yamacın dikliyiüfqi səthlə yamac səthi arasında bucaq /diklik/. Yamacın dikliyi adətən dərəcə ilə ifadə olunur və onun təyin olunması üçün topoqrafik xəritələrdə horizontalların yerləşmə şkalasından istifadə olunur.
Yamacın dabanı
Yamacın dabanı (rus. подошва склона, ing. foot of slope, toe of slope) — dağın ətəyi, dar keçid zolağı olub, planda dağlıq qurşağı və onun sərt yamaclarını sərhədləndirən düz və maili səth.
Yamacın hamarlanması
Yamacın hamarlanması (rus. выполаживание склонов, ing. downwearing of slopes, flattening of slopes) — denudasiya bazisinin sabit vəziyyətində denudasiya proseslərinin təsiri altında yamacların alçalması və yastılanması /hamarlanması.
Yamacın profili
Yamacın profili (rus. профиль склона, ing. profile of slope) — köndələn kəsilişdə yamacın forması (düşmə xətti üzrə). Bu əsas etibarilə dərinlik eroziyası və denudasiyanın münasibətindən, süxurların yatımından və xüsusiyyətlərindən, iqlim şəraitindən, yamacın səmtindən, bitki örtüyündən asılı olur. Yamacın profili düz, əyri, qabarıq, pilləli və mürəkkəb ola bilər.